Rusiyada koronavirusa yoluxanların sayı artır - 8135 nəfər

  • 2020.09.28 11:47
  • 2916 Baxış
Rusiyada koronavirusa yoluxanların sayı artır  - 8135 nəfər

Rusiyada son sutka ərzində daha 8135 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 159 573 nəfərə çatıb.

Son sutka ərzində 61 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 385 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.