Rusiyada yeni yoluxma dalğası gözlənilir - Səhiyyə naziri

  • 13 Apr 2022 15:52
  • 400 Baxış
Rusiyada yeni yoluxma dalğası gözlənilir      - Səhiyyə naziri


Rusiya səhiyyə naziri Mixail Muraşko Rusiyada növbəti yoluxma dalğasının vaxtını açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, infeksiyanın yüklsəlməsini iyunun sonu gözlədiklərini deyib.

"Biz digər ölkələrdə, Avropada və Çində yoluxmanın artmasını müşahidə edirik. O ölkələrin tibb işçiləri ilə mütəmadi imformasiya mübadiləsi var. Onlar deyir ki, xəstəlik sayında artım var.

Ona görə biz də hazırlaşmalıyıq. Düşünürəm ki, mayın sonundan artım olacaq. Çox şeylər bizim özümüzdən asılıdır. Yeni dalğanın gücü bizim ölkə olaraq revaksinasiya faizimizdən, sanitar normalara nə dərəcədə riayət etməyimizdən asılıdır".


Hazırda Rusiyada yoluxmanın enişi prosesidir, ölüm kəskin azalıb, lakin eyni vaxtda 200 min xəstə tibb müəssisələrindədir.
Qeyd edək ki, ÜST koronavirusun yeni XE ştammının yayıldığını bildirib.


Aygün Musayeva
BakuPost