Saakaşvili koronavirusa yoluxub?

  • 2021.11.16 09:34
  • 2199 Baxış
Saakaşvili koronavirusa yoluxub?
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hazırda saxlanıldığı “Qldani” həbsxanasının direktoru David Daraseliya koronavirusa yoluxub.

Medicina.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşviliyə olan ictimai marağı nəzərə alaraq gürcü siyasətçidən də PCR-test götürüb.

Testin nəticələrinə əsasən, Mixail Saakaşvilidə COVID-19 aşkar olunmayıb.

Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı “Qldani” Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gürcü siyasətçi oktyabrın 1-də saxlanıldığı andan etibarən aclıq aksiyası keçirir.