Sabiq baş həkim vəfat etdi - FOTO

  • 2024.04.02 12:08
  • 960 Baxış
Sabiq baş həkim vəfat etdi -  FOTO
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Valeh Vədud oğlu Məmmədov 71 yaşında vəfat edib.

Bu haqda Medicina.az -a onun həmkarları məlumat veriblər.

Bildirilir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, ixtisasca pediatr olan Valeh Məmmədov uzun müddət Cəlilabad rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, baş həkim vəzifələrində işləyib.

Vasif Əlihüseyn,
Medicina