Dabanlarınızı sarımsaqla ovsanız... – 30 DƏQİQƏYƏ İNANILMAZ TƏSİR

  • 06 May, 2019
  • 8262 Baxış
Dabanlarınızı sarımsaqla ovsanız... – 30 DƏQİQƏYƏ İNANILMAZ TƏSİR


Sarımsaq süfrənizdən əksik etməməli olduğumuz tərəvəzlərdəndir.
 
Medicina.az sarımsağın insan orqanizminə faydaları barədə maraqlı yazını təqdim edir. 

 Sarımsağı çiy, bişmiş və yaxud közlənmiş formada yeməyin orqanizmimizə saysız-hesabsız xeyri var. 
Sarımsağın dadını ayağınızla da hiss edə bilərsiniz. Bəli, səhv eşitmədiniz. Bu. elmi olaraq təsdiqlənib. Dabanlarınızı sarımsaqla ovsanız, yarım saatdan sonra dadını ağzınızda hiss edəcəksiniz. Bu da bitkinin tərkibində olan "allisin" maddəsindən qaynaqlanır. 
Qüvvətli bakterisid təsiri olan maddə hüceyrələrə nüfuz edir. Qan fəaliyyəti nəticəsində bütün orqanizmdə dolaşır. Buna görə də sarımsaq yeyən insanların tək ağızlarından yox, bütün bədənlərindən sarımsaq iyi gəlir. Çünki həmin qoxu qanda həll olur. Gündə 6 diş közlənmiş sarımsaq yeməyin faydası isə birə mindir. 
 

Sarımsaq qəbul edəndə 24 saat ərzində orqanizmdə hansı dəyişikliklər meydana gəlir?

4-6 saat: Maddələr mübadiləsi sürətlənir, orqanizmdəki artıq yağ yandırılır və artıq maye xaric olur.

6-10 saat:  Sarımsaqdakı qidalar hüceyrələr səviyyəsində orqanizmi müdafiəyə keçir, bədəni oksidləşmədən qoruyur.

10-24 saat: Sarımsağın aşağıdakı təsirləri var:
• Hüceyrələrin ömrünü uzadır
• Yorğunluğu aradan qaldırır.
• Orqanizmə ağır metalların daxil olmasını əngəlləyir.
• Təzyiqi normaya salır.
• Xolesterini normallaşdırır.
• Sinir sistemini gücləndirir.
• Damarları təmizləyir, ürək problemlərindən qoruyur.
• Sümük və oynaqların fəaliyyətini gücləndirir.