Pişikotu kökünün bu faydalarından heyrətə düşəcəksiniz – HƏR EVDƏ MÜTLƏQ OLMALIDIR

  • 20 İyun, 2019
  • 6865 Baxış
Pişikotu kökünün bu faydalarından heyrətə düşəcəksiniz – HƏR EVDƏ MÜTLƏQ OLMALIDIR



Pişikotu həm ənənəvi tibbdə, həm də xalq təbabətində geniş istifadə edilir. Dünyada hazırlanan əksər sakitləşdirici dərmanların tərkibində məhz bu bitki var.
 
 
Medicina.az bu faydalı bitki haqqında ətraflı məlumatı təqdim edir.
 
 
Pişikotunun kökünün tərkibində su, zülallar, yağlar, karbohidratlar, həll olunmayan və həll ola bilən liflər var.  Xalq təbabətində ondan dəmləmə, toz, ekstrat şəklində istifadə edilir. Tərkibindəki fito birləşmələr ödqovucu, sakitləşdirici və sidikqovucu təsirə malikdir. Pişikotu vannası orqanizmə sakitləşdirici təsir bağışlayır. Kökündə uçucu yağlar (terpineol, pinen, terpen, kamfen və bu kimi yağlar), estrol, pişikotu sirkəsi, dubil maddələr, salonin, xatinin, sakitləşdirici mineral duzlar, valerian tərkibli turşular, izovalerian turşusu, limonen, alkohol və valerian var.
 
 
 
Pişikotu kökündən sakitləşdirici, yuxunu normallaşdırmaq, nevroz, ürək-damar sitemini, ürəkdöyünməni müalicə etmək məqsədilə istifadə edilir. Astma, miqren, epilepsiya, klimakterik nevroz, qalxanvari vəzi xəstəlikləri zamanı sistemli olaraq pişikotundan istifadə edilir. Pişikotu sakitləşdirici, spazm əleyhinə, epilepsiya əleyhinə təsir göstərir.
 
 
Pişikotu qəbizlik əleyhinə də təsirə malikdir. Zehni yüklənmələr zamanı da pişikotu baş beyin funksiyasını stimulyasiya edir, oradakı pozğunluqları aradan qaldırır.
 
 
Pişikotundan yuxusuzluq zamanı da istifadə edilir.

RESEPT:
 
 
1 çay qaşığı pişikotu kökünü 1 stəkan qaynar suya salıb, 4 saat gözləyin. Gün ərzində 2-3 dəfə ¼ stəkan içmək lazımdır. Daimi yuxusuzluq zamanı isə yatmazdan əvvəl bu dəmləmədən 1 stəkan içilir.

Qalxanvari vəzin funksiyasının artdığı zamanlarda, isterik reaksiyalarda, epilepsiyada, qıcolmalarda, taxikardiya və ürək nevrozlarında xəstələrə pişikotu dəmləməsi içmək məsləhət görülür.

Ev şəraitində pişikotu cövhəri:
 
 
RESEPT:
 
 
70%-li spirtin içərisinə 1:5 nisbətdə pişikotu kökü əlavə edilir və bir həftə sərin, qaranlıq yerdə saxlanılır. Bu dərman yatmazdan əvvəl 15 damcı qəbul edilir.

Pişikotunun efir yağlı cövhəri də hazırlanır.
 
RESEPT: 1:4 nisbətində pişikotu ilə spirt qarışdırılır və 4 gün qaranlıq yerdə saxlanılır. Sonra bu qarışıma öz həcmindən 2 qat artıq efir yağı əlavə edilib, qarışdırılır və yenidən 72 saat qaranlıqda saxlanılır.

Qarın boşluğunda spazmlar, stresslər, soyuqlamalarda pişikotu cövhərini ilıq suya qatıb içdikdə orqanizm üçün çox faydalıdır.

Pişikotu kökünün toz halına salınmış formasından da xalq təbabətində də istifadə olunur. Skarlatina, tif, pnevmoniya, miqren və qadın xəstəlikləri zamanı gün ərzində 1-2 qram qəbul edilir.
Sinir sistemi xəstəlikləri zamanı profilaktika məqsədilə pişikotundan hazırlanmış likör orqanizmə sakitləşdirici təsir edir. Bunun üçün 1 xörək qaşığı pişikotu cövhərini 1:1 nisbətdə su ilə qatıb içmək lazımdır.

Xaricə tətbiqi:
 
 
Güclü stress, qorxu və təlaş olduğu zamanlarda uşaqları pişikotu cövhəri qatılmış ilıq suda vanna eləməkdə fayda var. Valerian vannasını yatmazdan əvvəl etmək lazımdır. Bir neçə gün vanna etmək uşaqlarda olan gərginliyi, təlaşı aradan qadıracaq.
Soyuqlama zamanı pişikotu dəmləməsinin buxarını iyləmək, göz nahiyəsinə kompres qoymaq xəstəliyin əlamətlərini aradan qaldırır.
Böyüklər üçün çobanyastığı, pişikotu kökü, adaçayı qarışımından hazırlanmış vanna sakitləşdirici, rahatladıcı, qıcıqlanma əleyhinə təsir göstərir. Bu vanna sinir uclarındakı qıcıqlanmaları aradan qaldırdığına görə onu radikulit, tromboflebit, hipotenziya zamanı qəbul etməkdə fayda var.

KOSMETOLOGİYADA TƏTBİQİ
 
 
Kosmetologiya dəri qıcıqlanmalarını aradan qaldırmaq, dəridəki alllergiya əlamətlərini azaltmaq və dərini sakitləşdirmək məqsədilə pişikotu əlavə edilən losyonlardan, mazlardan, kremlərdən geniş istifadə edilir.

 
 
PİŞİKOTUNUN ZƏRƏRLİ XÜSUSİYYƏTLƏRİ
 
 
Pişikotunu hədsiz miqdarda qəbul etdikdə orqanizmdə bəzi narahatlıqlara səbəb ola bilir. Bu zaman ağızda quruluq, baş ağrıları, mədə narahatlığı, gərginlik, huşun zəifləməai, qəribə yuxugörmələr, yuxululuq əlamətləri meydana çıxır. Buna görə də qəbul edən zaman həkimlə məsləhətləşmək lazımdır.
 
 
Bəzi xəstəliklər zamanı da pişikotu qəbul eləmək əks-göstəriş sayıla bilir.
 
• Depressiya
• Cinsi zəiflik
• Qıcqırma, qastroezofaqeal reslyuks
• Yüksək təzyiq
• Psorias, pevmatoid artrit
• Autoimmun xəstəliklər
• Psixi gərginliklər
 
QEYD: Uzun müddətli pişikotu dərmanlarından  istifadə etsəniz, mədə-bağırsaq sistemində problemlər meydana çıxa bilir.