Cəlilabadda 19 yaşlı gənc suda boğulub.
Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib.
2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu kənd ərazisindəki su hövzəsində çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Report-un məlumatına görə, Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi.