Şəriət qanunlarının tətbiq olunduğu İndoneziyanın Açeh əyalətində nikahdankənar münasibətdə ittiham olunan cütlüyə ictimai yerdə 100 qamçı cəzası verildi. Banda Açehdə edam zamanı gənc qadın huşunu itirdi. Bölgənin qanunlarına görə, spirtli içki qəbulu, qumar və homoseksual münasibətlər kimi hərəkətlər də qamçı ilə cəzalandırılır.
Medicina.az xəbər verir ki, İndoneziyanın Açeh əyalətində bir qadın və onun kişi partnyoru nikahdankənar münasibətə görə ictimai yerdə 100 qamçı cəzasına məhkum ediliblər. Hadisə böyük bir izdihamın qarşısında baş verib.
Banda Açehdə cəza zamanı qəhvəyi kostyum və ağ maska geyinmiş bir zabit cütlüyü arxadan qamçılayıb.
Görüntülərdə gənc qadının cəza zamanı yıxıldığı və zabitlər tərəfindən aparıldığı görünür. Kişi partnyorunun ağrıdan əyilmiş üzü də nəzərə çarpırdı.
İndoneziyada əsasən müsəlman əhalisi olan və şəriət qanunlarının tətbiq olunduğu yeganə bölgə olan Açedə nikahdankənar münasibətlər, spirtli içki qəbulu, qumar və homoseksual münasibətlər şallaqlama ilə cəzalandırılır. Yanvar ayında bir cütlük spirtli içki qəbul etdiyinə və nikahdankənar sekslə məşğul olduğuna görə cəmi 140 şallaq cəzasına məhkum edildi.
Aygün
Medicina.az