Asif Nəsirlinin dəfn yeri və vaxtı məlum oldu

  • 2026.05.06 13:15
  • 420 Baxış
Asif Nəsirlinin  dəfn yeri və vaxtı məlum oldu

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.

Medicina.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, mərhum bu gün doğulub boya-başa çatdığı Göyçay rayonunun Qaraxıdır kəndində dəfn olunacaq.

Bildirilib ki, dəfn mərasimində rayon rəhbərliyinin, eləcə də Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, dəfn mərasimindən sonra mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunacaq.

Xatırladaq ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.