Sarı, yoxsa narıncı yemiş? Hansı daha faydalıdır?

  • 2026.08.03 13:14
  • 108 Baxış
Sarı, yoxsa narıncı yemiş?  Hansı daha faydalıdır?

Yay mövsümünün sevilən meyvələrindən olan yemişin sarı və narıncı növləri arasında seçim etmək bəzən çətin olur. Mütəxəssislər bildirirlər ki, hər iki növ sağlamlıq üçün faydalıdır, lakin üstünlükləri fərqlidir.

Medicina.az xəbər verir ki, dietoloq Rafael Qruman sarı yemişin daha çox su və bir qədər az karbohidrat ehtiva etdiyi üçün orqanizmi daha yaxşı nəmləndirdiyini və isti havalarda susuzluğu aradan qaldırmağa kömək etdiyini bildirib.

O qeyd edib ki, narıncı yemiş isə beta-karotinlə daha zəngindir. Bu güclü antioksidant orqanizmi oksidləşdirici stressdən qoruyur, dərinin sağlamlığını dəstəkləyir və günəş şüalarının mənfi təsirlərinə qarşı təbii müdafiəni gücləndirir. Bundan əlavə, narıncı yemişda immuniteti dəstəkləyən və kollagen sintezi üçün vacib olan C vitamini də bol olur.

Xanım,
Medicina.az