Sarıkökün daha bir faydası üzə çıxdı

  • 2024.03.27 20:24
  • 657 Baxış
Sarıkökün daha bir faydası üzə çıxdı
Sarıkök təkcə ədviyyat deyil, bir çox xəstəliklərə qarşı istifadə edilən mühüm bitkidir.

Medicina.az xəbər verir ki, yeni aparılan araşdırmalar sarıkökün daha bir faydasını üzə çıxarıb. Belə ki, sarıkökün qaraciyər yağlanmasının çarəsi olduğu bildirilib.

Bu problemlə üzləşənlər müalicə olunmadıqda qaraciyərin iltihabına, hətta qaraciyər çatışmazlığına gətirib çıxarır.

Sarıkökün tərkibindəki “kurkumin” maddəsi oksidləşdirici stres və iltihabla mübarizə aparan antioksidantdır. Oksidləşdirici stres və iltihab qaraciyər xəstəliyinə səbəb olan əsas amillərdəndir.

Araşdırmalar göstərir ki, kurkumin qaraciyərdə yağ və iltihabın azalmasına, insulinə həssaslığın yaxşılaşmasına səbəb olur. 8 həftə ərzində kurkumin əlavəsi qəbul edən araşdırma iştirakçılarının ultrasəs müayinəsində qaraciyər yağında əhəmiyyətli azalma qeydə alınıb. Həmçinin onların qaraciyər fermentlərində yaxşılaşma müşahidə edilib.

Alimlər araşdırmaların nəticələrinin ümidverici olduğunu açıqlayıblar. Lakin qeyd olunub ki, yüksək dozada kurkumin əlavələri əks təsirlərə də səbəb ola bilər.


Aysel