Saxta COVID-19 pasportuna görə vəzifəli şəxslərə cinayət işi açıldı

  • 2021.09.29 15:01
  • 851 Baxış
Saxta COVID-19 pasportuna görə vəzifəli şəxslərə cinayət işi açıldı

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olan məlumat üzrə Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.

Ağstafa Rayon Prokurorluğundan verilən məlumata görə, qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.