Şəhid atası vəfat etdi - FOTO

  • 2024.02.20 10:15
  • 3372 Baxış
Şəhid atası vəfat etdi -  FOTO
Vətən müharibəsi şəhidi Elçin Süleymanovun atası dünyasını dəyişib.


Medicina.az xəbər verir ki, şəhidin atası Tehran Süleymanov uzunsürən xəstəlikdən vəfat edib. Mərhum Füzuli rayonunda dəfn edilib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elçin Süleymanov 30 sentyabr 2020-ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

O, ailəli olub, bir qız övladı yadigar qalıb.