Səsli mesajla 10 saniyəyə diabet diaqnozu qoymaq mümkün olacaq

  • 2023.10.20 15:15
  • 1665 Baxış
Səsli mesajla 10 saniyəyə diabet diaqnozu qoymaq  mümkün olacaq

Alimlər səs texnologiyası ilə diabeti analizsiz təyin etməyi öyrəniblər.

"Medicina" xəbər verir ki, smartfonlarda yüklənəcək tətbiq süni intelektə birləşdirilib və barmaqdan qan almadan evdə, şəkər olub-olmadığınızı 10 saniyəyə təyin edəcək.


Tətbiqin sınağı zamanı 267 nəfərdən 10 gün ərzində 6 dəfə səsli mesaj yazmaları tələb olunub. Onların çəkisi, boyu, II tip diabet olmaqları barədə süni intelektə məlumatlar yüklənilib.



Tədqiqatçılar 18 mindən çox səs yazısının 14 səs xüsusiyyətlərini təhlil ediblər. M

Bu metodla qadınların 89%-də diaqnoz nisbəti düzgün çıxıb.

Tədqiqatın müəllifi Jaycee Kaufman, araşdırmanın 2-ci tip xəstəliyi olan və olmayan insanların səslərində fərqin olduğunu bildirib.

Aygün Musayeva