Siqaret çəkənlərin bilmədiyi böyük təhlükə

  • 2026.08.06 11:17
  • 119 Baxış
Siqaret çəkənlərin bilmədiyi böyük təhlükə

Dünyanın 46 ölkəsində aparılan genişmiqyaslı araşdırma siqaret çəkənlər arasında tütünün sağlamlığa təsiri ilə bağlı məlumatlılıqda ciddi boşluqların qaldığını ortaya çıxarıb.

Medicina.az xəbər verir ki, “BMJ Open” jurnalında dərc olunan tədqiqatlar siqaret çəkənlərin böyük əksəriyyətinin tütünün ağciyər xərçənginə səbəb olduğunu bilsə də, onun ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırması barədə məlumatlı olmadıqlarını göstərib.

Araşdırmada 200 mindən çox yetkin insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, iştirakçıların təxminən 92 faizi siqaretin ağciyər xərçənginə səbəb olduğunu bilib. Lakin ürək xəstəlikləri ilə bağlı bu göstərici 85 faiz, infarktla bağlı 80 faiz, insult riski ilə bağlı isə 66–75 faiz arasında olub.

Alimlər həmçinin passiv siqaret çəkmənin yaratdığı təhlükələr barədə məlumatlılığın da yetərli olmadığını müəyyən ediblər. Bir çox insan tütün tüstüsünün siqaret çəkməyən şəxslərdə də ürək xəstəlikləri və xərçəng riskini artırdığını tam dərk etmir.

Xanım,
Medicina.az