Siqareti atdıqdan sonra orqanizmdə nələr baş verir?

  • 2023.05.04 12:33
  • 1255 Baxış
Siqareti atdıqdan sonra  orqanizmdə nələr baş verir?
Siqaretin sağlamlığa zərərli olduğu hamıya məlumdur. Hətta bəzən ondan istifadənin sonu ölümə nəticələnir.

Lent.az xəbər verir ki, hər 10 ölümdən birinin səbəbi siqaretdir. Təəssüf ki, siqaret çəkənlər bu vəziyyətdən asanlıqla qurtula bilmirlər. Bunun üçün güclü iradə və səbir lazımdır.

Ancaq siqareti tərgitməyə nail olanlar bir çox müsbət hallarla qarşılaşır. Həmin müsbət təsirləri təqdim edirik:


20 dəqiqədən sonra qan təzyiqi normala qayıdır;

8 saatdan sonra qanda oksigenin miqdarı normala qayıdır;

24 saatdan sonra karbonmonoksit azalır və oksigen artır;

72 saatdan sonra nəfəs almaq rahatlaşır;

Qan dövranı 1-2 həftədən sonra yaxşılaşır;

Tənəffüs yollarının infeksiyası riski azalır;

3-9 aydan sonra öskürək və tənəffüs yolları problemi yaxşılaşır;

12 aydan sonra koroner ürək xəstəliyi riski iki dəfə azalır;

12-36 aydan sonra xərçəng riski 50% azalır;

5 ildən sonra infarkt riski 50% azalır.