Sosial şəbəkələr səbəbindən şagirdlər həftədə bir gecə yatmır

  • 2022.09.21 13:44
  • 1992 Baxış
Sosial şəbəkələr səbəbindən şagirdlər həftədə bir gecə yatmır


Sosial şəbəkələrdə gecə yuxuya qədər keçirilən vaxtı topladıqda uşaqların həftədə bir gecə yuxu müddəti itmiş olur.


"Medicina" xəbər verir ki, aşağı siniflərin şagirdləri gecə gec yatdığı və hətta 1-ə kimi internetdə, telefonda vaxt keçirdiyi üçün yuxuda olmalı saatları toplasaq, həftənin bir gecəsiniyatmadıqları məlum olur.

Bu nəticəyə Monfor Universitetinin alimləri gəlib.

Hətta 1-ci sinif şagirdləri belə həftə boyu yuxuda olmalı saatları itirir. Bu 10 saata qədər yuxu saatıdır.

Ona görə məktəblilər xroniki yorğunluq və yuxusuzluq vəziyyətində olurlar.

10 yaşa qədər uşaqlar sutkada 10-11 saat yatmalıdır. Bunun üçün onlar axşam 21:00-da yatağında olmalıdır.

Əgər uşaq bu qədər yuxu almasa, davranış, yaddaş və koqnitiv funksiyaları zəifləyir, dərslərini öyrənə bilmir.

Aktiv şəkildə sosial şəbəkələrdə olan məktəblilər sutkada cəmi 7 saat yatır.
Həftədə bir gecə isə yatmamış sayılırlar.

Aparılan sorğuda 60% məktəblilər gündə 4-6 saat sosial şəbəkələrdə olduqlarını bildirib. Bu çox təhkükəli vəziyyətdir.
Valideynlər gecə internetdən istifadəni məhdudlaşdırmalıdır.

Aygün Musayeva