"Stres keçirdim, yenidən kökəldim...” - Aşıq Əli

  • 2021.10.12 12:31
  • 930 Baxış
"Stres keçirdim, yenidən kökəldim...” -  Aşıq Əli
"48 kilo arıqlamışdım. Bir az işlər yolunda getmədi, stres keçirdim, yenidən kökəldim”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Əli Tapdıqoğlu deyib. O bildirib ki, arıqladığı aylarda heç bir dərman vasitələrindən istifadə etməyib:

"Arıqlamışıdım, amma stres mane oldu dietaya, saxlamaq çətin oldu. Mən əməliyyatla deyil, özüm arıqlamışdım. Əməliyyatla arıqlayanlar 3-4 ildən sonra yenidən kökəlir və tez bir zamanda da itirdiyi çəkini yerinə bərpa edə bilir”.

Aşıq Əli bildirib ki, itirdiyi 48 klo çəkinin bir hissəsi bərpa olunub:

"Qarşıma məqsəd qoymuşam, qısa zamanda arıqlayacağam”.