Sümük əriməsinə qarşı MƏCUN

  • 2022.01.13 14:33
  • 3558 Baxış
Sümük əriməsinə qarşı MƏCUN

Həkim-fitoterapevt Elnur Eldaroğlu osteoporoz - sümük əriməsi, kalsium və D vitamini çatışmazlığı, artroz, sümük-əzələ sisteminin zəifliyi, maddələr mübadiləsi pozulması, raxit xəstəliyi, xəstəliklərdən sonra reabilitasiya dövrü zamanı istifadə üçün faydalı məcun resepti paylaşımı edib.

Ağ küncüt toxumu və qara zirə toxumunu hərəsindən 100 q. götürüb, üyüdüldükdən sonra 500 q. akasiya və ya cökə balına qarışdırmaq lazımdır.

Hazırlanmış məcun gündə 2-3 dəfə bir çay qaşığı yeməkdən əvvəl qəbul edilməlidir.

Həkim bildirib ki, bu qarışımı 1 yaşdan yuxarı uşaqlar da gün ərzində bir dəfə yarım çay qaşığı olmaqla istifadə edə bilər.