Tibbi sığorta ilə niyə istədiyimiz həkimi seçə bilmirik – Dağa-daşa salınan xəstələr, yoxsa təzə qazanc yeri?

  • 2023.06.08 14:18
  • 1695 Baxış
Tibbi sığorta ilə niyə istədiyimiz həkimi seçə bilmirik  – Dağa-daşa salınan xəstələr, yoxsa təzə qazanc yeri?
İcbari Tibbi sığorta ilə bütün ölkə əhalisinin təmənnasız müayinə-müalicə fürsətinin bitməsinə cəmi 7 ay qalıb. 2024-cü ildən artıq yalnız rəsmi iş yeri və sosial ödəməsi olanlar üçün bu xidmət əlçatan olacaq.


Amma son 1 ildə daha da aktivləşən icbari tibbi sığorta sahəsində kifayət qədər çatışmazlıqlar və narazılıqlar yaranıb.

“Medicina” xəbər verir ki, insanlar şəxsiyyət vəsiqəsi ilə istənilən xəstəxanaya yaxınlaşa bilmir, istədiyi həkimi, cərrahı seçə bilmir, özəl klinikalara göndərişi dövlət xəstəxanası verməlidir, saatlarla sistemə adının düşməsi üçün süründürməçiliklə rastlaşırsan.

Apa.tv tibb sığorta ilə bağlı daha bir şikayətin izi ilə düşüb.

Qeydiyyat şöbələrində xəstələri həkimlərə yönləndirmə zamanı maddi maraq, ordakı işçilərin həkimlərlə gizli sövdələşməyə gedərək, istədikləri həkimə daha çox xəstə göndərməsi barədə şikayətlər var.

Sığorta qeydiyyatı olan mərkəzlər azdır, insanlar o xəstəxanadan bu birinə gedir, nəsə düz olmayanda geri qayıdır, çoxu isə bezib hər şeyi yarımçıq qoyur.

Vətəndaşın illərdir tanıdığı, güvəndiyi həkiminə düşməsi də çətindir. Baxmayaraq ki, dövlət agentliyinin bildirdiyinə və qanunlara görə, pasiyent tək şəxsiyyət vəsiqəsi ilə istənilən dövlət xəstəxanasına yaxınlaşıb, istənilən həkimi seçə bilər.
Özəl tibb müəssisəsinə göndəriş verilərkən də seçim sərbəstdir.

Amma reallıq başqadır.

Mövzu ilə bağlı süjeti təqdim edirik: