Tıxac problemi ciddi məsələdir, insanlar xəstəlik tapacaqlar - Deputat

  • 2024.03.11 11:13
  • 477 Baxış
Tıxac problemi ciddi məsələdir, insanlar xəstəlik tapacaqlar -  Deputat
“Tıxac problemi həddindən artıq ciddi məsələdir”.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, diqqətçəkən çəkən məsələ Bakı-Sumqayıt yolundakı tıxacdır:

“Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixikasına necə təsir göstərir? Mənə elə gəlir ki, bu həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar".