Türkiyədə koronavirusdan vəfat edənlərin sayı artır

  • 2020.09.15 21:32
  • 16612 Baxış
Türkiyədə koronavirusdan vəfat edənlərin sayı artır
Türkiyədə son sutka ərzində 67 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1742 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7186, virusa yoluxanlar isə 294 620 nəfərə çatıb.

Türkiyədə indiyədək 261 260 pasiyent (son sutkada 1202 nəfər) sağalaraq evə buraxılıb.