Türkiyədə koronavirusla bağlı son durum

  • 2021.01.12 20:59
  • 2462 Baxış
Türkiyədə koronavirusla bağlı son durum
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 171 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 809 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 10 013, ağır xəstələr isə 2 701 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 346 285 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 1218 464 nəfər sağalıb, 23 152 nəfər isə ölüb.