Türkiyədə koronavirusla bağlı son statistika

  • 28 Fev 2021 20:25
  • 593 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 66 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistik hesabatda qeyd olunub.


Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8424 nəfər COVID-19 infeksiyasına yoluxub. Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 6511, ağır xəstələr isə 1191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 701 588 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 572 234 nəfər sağalıb, 28 569 nəfər isə həyatını itirib.