Türkiyədə yoluxma sayı kəskin artdı

  • 2020.11.21 21:29
  • 1163 Baxış
Türkiyədə yoluxma sayı kəskin artdı
Türkiyədə son sutka ərzində 135 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5532 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 12 219, virusa yoluxanlar isə 440 805 nəfərə çatıb.

Türkiyədə indiyədək 370 825 pasiyent (son sutkada 3233 nəfər) sağalaraq evə buraxılıb.