Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Müasir dərmanlar və cərrahi üsullar kəskin hallarda effektiv olsa da, xroniki xəstəliklərin tam idarə olunması üçün təkbaşına kifayət etmir.
Medicina.az xəbər verir ki, ürək-damar xəstəlikləri (ÜDX) bir çox səbəbin təsirindən yaranır. Klassik tibb əsasən hemodinamik göstəriciləri (təzyiq, nəbz) və xolesterin səviyyəsini nəzarətdə saxlamağa yönəlir.
İnteqrativ kardiologiya ürəyi yalnız bir orqan kimi deyil, bütün bədənlə əlaqədə olan sistem kimi qiymətləndirir. Bu yanaşma xəstəliyin kökündə duran səbəblərə fokuslanır:
• oksidativ stress
• xroniki iltihab
• enerji mübadiləsinin pozulması
İnteqrativ kardiologiya sübutlu tibbə əsaslanaraq, qidalanma, fiziki aktivlik, stresin idarə edilməsi və biotənzimləyici preparatları vahid sistemdə birləşdirir.
İnteqrativ müalicənin əsas prinsipləri:
-stresin idarə olunması: stress hormonlarının (kortizol, adrenalin) ürəyə təsirini azaltmaq
-enerji dəstəyi: hüceyrə səviyyəsində enerji istehsalını yaxşılaşdırmaq
-iltihabın azaldılması: damar divarında gedən xroniki iltihabın aradan qaldırılması ilə damar sağlamlığını qorumaq
Əlavə terapevtik metodologiya
İnteqrativ tibbdə "Mind-Body Medicine" (Ruh-Bədən Tibbi) konsepti tətbiq olunur. Bio-əks-əlaqə (biofeedback), meditasiya və tənəffüs texnikaları sinir sistemini balanslaşdıraraq ürək fəaliyyətini stabilləşdirir.
Faydaları:
İnteqrativ yanaşma klassik müalicəni tamamlayır və:
-ürək çatışmazlığı və hipertoniya zamanı endotel funksiyasını bərpa edir.
-dərmanların əlavə təsirlərini azaldır
-bərpa müddətini qısaldır
-infarkt və insult riskini azaldır
Ateroskleroz (damar tutulması) geri dönməz proses deyil. İnteqrativ yanaşma – düzgün qidalanma, hədəfli nutrisevtik dəstək və toksinlərdən təmizlənmə vasitəsilə damar yaşlanmasını ləngitməyə və mövcud tıxanıqlığı stabilləşdirməyə imkan verir.
Aynur Əlizadə
Kardioloq, İnteqrativ Tibb mütəxəssisi
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89