Ürək-damarlar üçün ən zərərli yeməklər – Kardioloq açıqladı

  • 2023.10.20 16:54
  • 2644 Baxış
Ürək-damarlar üçün ən zərərli yeməklər  – Kardioloq açıqladı

Ürək hər nə qədər güclü orqan olsa da qidalar, xüsusən yağlar onun işini poza bilər.

“Medicina” xəbər verir ki, kardioloq Anna Biryukovanın sözlərinə görə, ürəyin qatı düşməni trans yağlardır.


“Müasir qidaların çoxunda bu yağ var. Orqanizm trans yağı aylarla, illərlə həll edə bilmir, ona görə uzun müddət qanda dövr edir, pis xolesterinin səviyyəsini artırır, damar tıxanmasına səbəb olur.

Hazırda marqarin, hətta kərə yağı, kakao yağ, şokolad yağı, spred yağlar, bütün tort, konfet, şokoladlarda, qənnadı və fast-fud məhsullarında çoxdur. Əslində 100 qram yağda 2 qr trans yağ zərərsiz hesab edilir, amma istehlakçılar bu şərtə əməl etmir və məhsulda real nə qədər trans yağ olduğunu bilə bilmərik.

Popkorn, kartof –fri və paket qidalarında trans yağın miqdarı göstərilmir.

İstehsalçılar hiylə işlədərək bu yağın adını kulinar/Ə, bitki, hidroqenizə olunmuş və s. adlandırır.

Bundan başqa doymuş yağlar da pis xolesterini artırır. Bu yağ daha çox süd məhsulları, pendir, kəsmikdə olur. Eləcə də palma və kokos yağı, bir sıra bitki yağlarında var.

Xörək duzu ürək üçün ikinci zərərli məıhsuldur.
Duz çoxluğu ürək-damar və təzyiq xəstəliyinin tətikçisidir.

Biz gün ərzində 80% gizli duzu qəbul edirik, hansı ki, bütün ərzaq məhsullarına vurulur”.

Aygün M