Uşağın xoruldamasının səbəbi

  • 2023.11.09 17:08
  • 2436 Baxış
Uşağın xoruldamasının səbəbi

Uşaqlar da böyüklər kimi xoruldaya bilər.

Adətən bu 3-4 yaşından sonra müşahidə olunur.

"Medicina" xəbər verir ki, otorinolarinqoloq Vladimir Zaytsev uşaqlarda xorultunun səbəbini açıqlayıb.


“Uşaqlarda xoruldama adətən adenoidlərdən qaynaqlanır,badamcıqlar iltihablalıb iki-üç dəfə böyüyür.

Bu problemi adenoidləri müalicə etməklə həll etmək olar: “Adenoidlərin böyüməsi nəticəsində burun-udlaq tıxanır və uşaq daim xoruldayır. İltihab azaldıqca adenoidlər kiçiləcək və uşaq özünü daha yaxşı hiss edəcək”.

Əgər adenoidlər vaxtında müalicə olunmasa və üçüncü dərəcəyə keçsə, onları çıxarmaq lazım olacaq.

Mütəxəssis tövsiyə edir ki, xoruldayan nəinki uşaqlar, həmçinin böyüklər də vaxtında həkimə müraciət etməli, müalicə olunmalıdırlar.

Aygün Musayeva