Uşaqlarda dəmir defisitli anemiya

  • 2023.05.08 14:21
  • 2946 Baxış
Uşaqlarda dəmir defisitli anemiya
Qanazlığı (anemiya) diaqnozuna yüngül hal kimi baxmamalıyıq. Çünki bu müxtəlif xəstəliklərin və defisitlərin əlaməti ola bilər.


"Medicina" xəbər verir ki, anemiya eritrosit və hemoqlobinin aşağı düşməsi ilə gedən patologiyadır. Anemiyaların ən çox rast gələn forması dəmir (Fe) defisitli anemiyadır. Fe defisitli anemiya zamanı uşaqda aşağıdakı əlamətlərdən 1 və ya 1 neçəsi ola bilər!

- Rənginin avazıması
- Baş ağrısı
- Ürək döyünmənin artması
- Tez-tez xəstələnmə
- Dəri quru olur, qabıqlanır
- Ağız bucağında yara
- Tüklərin tez qırılması, kövrəkliyi
- Dişlərin emalının tündləşməsi, karieslər
- Diqqət və mənimsəmə qabiliyyətinin azalması
- Saç tökülmə
- Yuxusuzluq və ya yuxululuq
- Əsəbilik
- Dırnaqların “qaşığabənzər olması”

İyin, dadın təhrif olunması ola bilər (bəzən uşaqlar yeyilməyən maddələr-əhəng, torpaq yeməyə meyilli olurlar)

Uşağınızda bu əlamətləri görsəz mütləq həkiminizlə məsləhətləşin!

Bəzən ümumi qan analizində eritrosit və hemoqlobinin normativlər daxilində olması, dəmir defisitini inkar etmir! Dəmir defisitini aşkarlamaq üçün qanın ümumi analizini mütləq həkim incələməlidir. Və əgər Fe defisiti aşkarlanarsa mütləq bərpa olunmalıdır. Çünki qırmızı qan hüceyrələri adlanan eritrositlərin tərkib hissəsi olan hemoqlobinin kimyəvi quruluşuna Fe daxildir. Fe defisitini aradan qaldırmaq üçün, onu yaradan səbəb aradan qaldırılmalıdır. Fe defisitinə yarımçıq doğulma, çoxdöllü hamiləlik, intensiv böyümə dövrü, qeyri-rasional qidalanma, mədə-bağırsaq traktı xəstəlikləri, malabsorbsiya sindromu, qurd invaziyası, qanaxmalar(məs.,babasil, gizli mədə qanaxması) səbəb olur. Körpələrdə risk faktorları arasında ən çox rast gəlinən anemiyanın profilaktikasının aparılmamasıdır!

Vaxtında doğulmuş uşaqlarda ilk 4 ayda anadan aldığı Fe ehtiyyatı onlara kifayət edir. 4 aydan etibarən körpələrdə Fe deposu bitir və fizioloji anemiya yaranır. ‼️Bu mütləq nəzərə alınmalı və profilaktika aparılmalıdır! Vaxtından əvvəl doğulanlarda daha tez fizioloji anemiya olur, ona görə onlara daha tez profilaktika aparmaq lazımdır!

Bütün körpələrə 6 ay-1yaşda qanın ümumi analizi aparılmalı və ehtiyac olarsa həkim məsləhəti ilə dəmir preparatları verilməlidir!

Ünvan: Bioloji Təbabət Klinikası, Bakı
Telefon: (+994 12) 430 89 89
Mobil: (+994 50) 430 89 89
(+994 55) 430 89 89
(+994 70) 430 89 89