ÜST-dən koronavirusla bağlı yeni - PROQNOZ

  • 29 Sen 2021 17:17
  • 797 Baxış
ÜST-dən koronavirusla bağlı yeni   - PROQNOZ

Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirusa yoluxub, 55 mindən çox adam virus səbəbindən həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni infeksiyaların və ölümlərin sayının yeddi gündə 10 % azaldığını açıqlayıb.

“COVID-19 infeksiyaları və ölümlərinin sayı son həftə ərzində azalmağa davam edib”.

Bir həftə ərzində Şərqi Aralıq dənizində (17 %), Sakit Okeanın Qərb bölgəsində (15 %), ABŞ-da (14 %), Afrikada (12 %) və Cənub-Şərqi Asiyada (10 %) yeni aşkarlanan infeksiyalarda əhəmiyyətli azalma qeyd edilib.

Eyni zamanda, Avropada yoluxma eyni səviyyədə qalıb.