ÜST long-kovid diaqnozunu rəsmi olaraq təsdiqlədi - Postkovid nədir?

  • 2021.10.07 16:59
  • 1539 Baxış
ÜST long-kovid diaqnozunu rəsmi olaraq təsdiqlədi -  Postkovid nədir?
Bu həftə Dünya Səhiyyə Təşkilatı long-kovid adlı yeni diaqnozun rəsmi açıqlamasını dərc edib. Long kovid koviddən sonrakı postkovid sindromudur.

Medicina.az xəbər verir ki, təqdimat ÜST-ün xüsusi ekspertlər qrupunun yüzlərlə pasiyent üzərində analizləri, müşahidələri əsasında hazırlanıb.

“Long-kovid kovid infeksiyası keçirmiş bir çox xəstələrdə kovidin fəsadlarının və xəstəlik simptomlarının 3 ay və daha çox müddət orqanizmdə qalması, hiss edilməsidir. Belə ki, bu simptomlar digər xəstəliklərlə əlaqələnmir, məhz koviddən sonra baş qaldırıb.

Əsas ümumi əlamətləri: həddən artıq yorğunluq, tənəffüs çatmaması, çətinlik, sinir-nevroloji problemlər, əzələ ağrıları, beynin koqnitiv funksiyasında zəifləmə, başgicəllənmə və s.dir. Simptomlar xəstəliyin ilk günündən başlayır, sonra itir, azalır, daha sonra yenidən güclənə bilir. Xəstələr hələ də koviddən sağalmadığını düşünür, əvvəlki həyat rejiminə qayıtmır, tam müalicə olmadıqlarını düşünürlər.

ÜST qeyd edir ki, postkovid sindromu diaqnoz etmək, xəstələri dinləmək, onları digər diaqnozlardan fərqləndirmək və nəticələri mümkün qədər tez müalicə və reabilitasiya etmək vacibdir.

Sindromun öyrənilməsi və pasiyentlərə necə kömək edilməsi barədə işlər davam etdirilir.