Valideynlərdən “COVID pasportu” tələb edilir - Nazirlikdən açıqlama

  • 2021.10.01 12:07
  • 2051 Baxış
Valideynlərdən “COVID pasportu” tələb edilir -  Nazirlikdən açıqlama
Bu gün orta ümumtəhsil məktəblərində dərs deyən müəllimlər valideynlərə müraciət ediblər. Xəbərdarlıq xarakterli bu müraciət valideynlər tərəfindən birmənalı qarşılanmayıb.

Müraciətin mətnində yazılıb: “Hörmətli sinif rəhbərləri, valideyləri məlumatlandırın. Hər hansı işlə bağlı məktəb binasına daxil olmaq istəyən valideyn şəxsiyyət vəsiqəsini və “COVİD pasport”unu özü ilə götürməlidir. Girişdə yoxlanılır”.

Bu xəbəri alar-almaz valideynlər narazılıqla qarşılayıblar. “Bəs deyirdilər, vaksin könüllüdür, indi də deyirlər içəri buraxılmayacağıq. Bu nə dərəcədə düzgündür”, deyə onlar etiraz ediblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Musavat.com-a bildirilib ki, valideynlərdən məktəb binasına daxil olanda COVİD pasport tələb olunur: “Məktəb həyətinə lazım deyil. Burada məktəb binasından söhbət gedir. Bu barədə təhsil naziri də, nazir müşaviri də açıqlama vermişdi. Hər hansı narahatlığa əsas yoxdur”.