“Vaxt öldürmək üçün günəş vannası qəbul edirəm” - Ronaldo

  • 2020.10.17 09:05
  • 1766 Baxış
“Vaxt öldürmək üçün günəş vannası qəbul edirəm” -  Ronaldo

Koronavirusa yoluxan “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu COVID-19-un bütün protokol qaydalarına riayət etdiyini bildirib.

Medicina.az xəbər verir ki, o daim evdə qaldığını deyib: “Ailəm evin başqa mərtəbəsindədir, biz bir-birimizlə əlaqə qura bilmərik. Daim evdəyəm və vaxt öldürmək üçün günəş vannası qəbul edirəm. Mən protokola riayət edirəm, onu pozmamışam. Barəmdə deyilənlər yalandır. Mən İtaliyaya təcili tibbi yardım avtomobilində gəlmişəm, hətta Turində belə heç kimlə təmasım olmayıb”. Futbolçunun bu açıqlamasını “Football Italia” nəşri dərc edib.

Qeyd edək ki, tanınmış italiyalı immunoloq Antonella Viola Kriştianu Ronaldunu karantin qaydalarına riayət etmədiyinə görə tənqid etmişdi.