Xalq artisti koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

  • 2020.07.12 14:05
  • 9792 Baxış
Xalq artisti koronavirusa yoluxdu -   Vəziyyəti ağırdır
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat paylaşıb.

Hacı Nuran Nəzakət Teymurovanın vəziyyətinin çox ağır olduğunu bildirib:

"Dünyanı cənginə alan koronavirus bəlası bizdən də yan ötmədi. Tanıdıqlarımıza, dosta, yoldaşa bulaşdı. İnsanın içini gəmirən bu ağır xəbərlərdən biri də sevimli insan, gözəl xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova @nezaketteymurova72 ilə bağlı oldu. Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hələ xəstəxanaya yerləşdirlməyib. Amma necə olursa olsun, Onun virusa qalib gələcəyinə əminəm. Çünki bir Qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan..."
Bu gönderiyi Instagram'da gör

* ... Dünyanı cənginə alan koronavirus bəlası bizdən də yan ötmədi ... Tanıdıqlarımıza, dosta, yoldaşa bulaşdı ... İnsanın içini gəmirən bu ağır xəbərlərdən biri də sevimli insan, gözəl xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova @nezaketteymurova72 ilə bağlı oldu ... Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım ... Axı Nəzakət Teymurova çox ehtiyatlı idi ... Amma nə edəsən ki, reallıq öz sözünü deyir ... Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır ... Hələ xəstəxanaya yerləşdirlməyib ... Amma necə olursa olsun Onun virusa qalib gələcəyinə əminəm ... Çünki bir Qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz ... Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var ... Allah səni sevdiklərin üçün qorusun, gözəl insan ... ALLAH ŞƏFA VERSİN ...

Haci Nuran official ???? (@hacinuran)'in paylaştığı bir gönderi ()