Xalq artistinin vəziyyəti ağırlaşdı

  • 2023.04.19 17:26
  • 5920 Baxış
Xalq artistinin vəziyyəti ağırlaşdı

Xalq artisti Ramiz Məlikin vəziyyəti ağırdır.

"Medicina" xəbər verir ki, bu barədə Lent.az-a aktyorun qızı məlumat verib.

O bildirib ki, atası telefonla danışa bilmir, özünü pis hiss edir. Aktyor artıq xəstəxanadan evə gətirilib. Onun xəstəliyinin nə olduğu barədə ailəsi məlumat vermək istəməsə də, bildirilib ki, hələlik aktyorla Mədəniyyət Nazirliyindən maraqlanan olmayıb.

“İşlədiyi teatrdan zəng edib halını soruşdular. Başqa heç kim maraqlanmayıb”, - deyə qızı bildirib.