Danimarkada aparılan müşahidə göstərib ki, xoşbəxt insanların ortaq vərdişlərindən biri hobbilərə vaxt ayırmaqdır.
Medicina.az xəbər verir ki, professor Marina Cooley bir il ərzində müxtəlif fəaliyyətləri sınayıb və nəticədə özünü daha rahat, enerjili və inamlı hiss etdiyini bildirib.
Onun sözlərinə görə, insan yalnız iş və gündəlik məsuliyyətlərlə yaşamamalıdır. Rəsm, idman, əl işləri, bağçılıq və digər sevilən məşğuliyyətlər stressi azaltmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Mütəxəssislər qeyd edir ki, xoşbəxt olmaq üçün böyük dəyişikliklərə ehtiyac yoxdur - həftədə bir neçə dəfə sevilən bir fəaliyyətə vaxt ayırmaq kifayətdir.
Xanım,
Medicina.az