“Yeni Klinika”:Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu - YENİLƏNİB

  • 2021.09.09 17:18
  • 3205 Baxış
“Yeni Klinika”:Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu -  YENİLƏNİB
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Medicina.az xəbər verir ki, klinikadan "Report"a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.


***
14:27

Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Medicina.az -ın məlumatına görə, bu barədə APA-ya koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilib.

***
12:15

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, bu barədə Publika.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.