Yay pendirləri arasında ən az kalorili seçim

  • 2026.08.01 11:42
  • 117 Baxış
Yay pendirləri arasında ən az kalorili seçim

Yay mövsümündə salatlar və yüngül yeməklərin əvəzolunmazı hesab edilən feta, mozzarella və burrata arasında ən az kalorili pendirin inək südündən hazırlanan mozzarella olduğu müəyyən edilib.

Medicina.az xəbər verir ki, inək südündən hazırlanan mozzarellanın 100 qramında təxminən 230 kilokalori var. Onu 260 kilokalori ilə camış südündən hazırlanan mozzarella, 270 kilokalori ilə burrata və 285 kilokalori ilə feta izləyir.

Mütəxəssislər bildirirlər ki, pendirlər arasındakı kalori fərqi onların hazırlandığı südün növü, yağ və qaymaq tərkibi, həmçinin duz miqdarı ilə bağlıdır. İnək südündən hazırlanan mozzarella daha çox su ehtiva etdiyi üçün yağ faizi və enerji dəyəri nisbətən aşağıdır.

Xanım,
Medicina.az