Yeni il günü koviddən 10 min insan ölüb- ÜST-dən dəhşətli fakt

  • 2024.01.11 18:43
  • 915 Baxış
Yeni il günü koviddən 10 min insan ölüb - ÜST-dən dəhşətli fakt


Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib.

"Medicina" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

"Dekabrda 50 ölkədə JN1 ştammından - əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb".

Qebreyesus dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb.