Yeni ştamm sürətlə yayılır - Daha bir ölkə sərhədlərini bağladı

  • 2021.11.29 11:35
  • 940 Baxış
Yeni ştamm sürətlə yayılır -  Daha bir ölkə sərhədlərini bağladı
Dünyanın bir çox ölkəsi koronavirusun yeni "Omikron" variantının yayılmasına nəzarət etmək üçün mübarizə aparır.

Medicina.az xəbər verir ki, dünyanın üçüncü ən böyük iqtisadiyyatı olan Yaponiya xarici ziyarətçilərin ölkəyə girişini qadağan edib. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida məlumat yayıb.


"Yaponiya bu gündən etibarən sərhədlərini bütün əcnəbilər üçün bağlayacaq", - deyə Kişida bildirib.

Bildirək ki, əvvəlki variantlardan daha yoluxucu olan "Omikron" variantı ilk dəfə Cənubi Afrikada ortaya çıxıb. Daha sonra Avstraliya, Belçika, Botsvana, İngiltərə , Kanada, Danimarka, Fransa, Almaniya, Honq-Konq, İsrail, İtaliya, Hollandiya və Cənubi Afrikada aşkar edilib.