Yüksək xolesterinə qarşı 6 aylıq pəhriz

  • 2023.04.13 15:24
  • 2554 Baxış
Yüksək xolesterinə qarşı 6 aylıq pəhriz
Xolesterin damar divarlarında yağlılığın artmasıdır. İnfarkt və insultun birinci səbəbidir.


“Medicina” xəbər verir ki, bu halda ilkin müalicə pəhriz və idmandır. Əgər bunlar kömək etməzsə, dərman müalicəsinə başlanılır.

Xolesterini yüksək olan şəxs bərk pendir, kolbasa, kərə yağı, donuz yağı, heyvan piyi, kokos yağı, yağlı ət və krevetdən uzaq durmalıdır.

Belə pəhriz ən azı 6 ay saxlanmalıdır.

- Bütün heyvani yağlar, yağlı süd məhsulları, kərə yağı çıxarılır.
- Ət və toyuq elə hazırlanmalıdır ki, dərisi çıxarılsın və öz yağı tam süzülsün
- Bulyonların üzərindən yağ yığılıb, sonra onda yemək hazırlanmalıdır
- Bütün yeməklər bitki yağında, zeytunda hazırlanmalıdır

- Salatlara limon suyu və ya zeytun yağı vurulmalıdır, mayonezli salatlar olmaz.
- Yağlı süd məhsullarını sıfır faiz yağlılıqla əvəz etməli
- Yağlı ağ və sarı pendir yemək olmaz

- Yumurtanın yalnız ağı yeyilməlidir
- Yumurtanı yağda bişirib yeməyi unutmalısız.

- Ağ undan çörək, un məmulatları, şəkər azaldılmalı

- Menyuda həftədə 2 dəfə balıq, qoz, göbələk, paxlalılar - lobya, mərci və s. olmalıdır. Yağlı qoz, fındıq olmaq. Qoz gündə 10 ədəddən çox yeyilməməlidir

- Gündə bir stəkan qatıq və ya kefir yeyilir.
- Eləcə də xolesterini yaşıl çay, nar suyu, yulaf suyu, portağal şirəsi salır.

- Bolluca xiyar, pomidor, göyərti, kahı, zəncəfil qəbul etmək lazımdır

- Bütün yeməklərə təzə sarımsaq qatmaq lazımdır. Sarımsaq, limon və bal qarışımı damarları təmizləyir.

- Təzə pomidorun şirəsi damarları təmizləyir

- Eləcə də yeməyi gündə 5 dəfə az-az yeməlisiz.
- Siqareti və alkoqolu azaltmaq tələb olunur

- Gündə 1 litr yarım təmiz su və 8000 addım gəzmək şərtdir

Aygün Musayeva