Yunanıstanda Strep A bakteriyasından ilk uşaq ölümü

  • 2023.02.21 16:52
  • 1293 Baxış
Yunanıstanda Strep A bakteriyasından  ilk uşaq ölümü

Yunanıstanın Milli Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, sepsisdən ölən 6 yaşlı uşaqda Strep A bakteriyası aşkarlanıb.


"Medicina" xəbər verir ki, İngiltərə və digər Avropa ölkələrində Strep A-ya yoluxma faktlarına rast gəlindiyi qeyd edilir.

Lakin bununla belə "Epidemioloji məlumatlar ölkədə ictimai sağlamlıqla bağlı narahatlıq vəziyyətini göstərmir" deyə yazılıb.


Strep A bakteriyasının insanların boğazına və dərisinə yerləşərək tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bildirilir. Bədənin bəzi yerlərində səpgilər və dəri infeksiyaları yaradan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.

Bakteriya asqırıq, öskürək, ağız suyu ilə yayılır.


Aygün M