Zamirə Ədilova yoqa mərkəzi açdı - FOTO

  • 2026.07.13 11:27
  • 149 Baxış
Zamirə Ədilova yoqa mərkəzi açdı -  FOTO

İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində uzunillik təcrübəyə malik Zamirə Ədilovanın rəhbərliyi ilə “Soul Harmony Yoga & Meditation Center”in fəaliyyətə başlayıb.


Medicina.az xəbər verir ki, o, bildirib ki, rəfiqəsi ilə birlikdə “Soul Harmony Yoga & Meditation Center” icarəyə götürərək fəaliyyətini davam etdirmək qərarı verib.

Mərkəzdə yoga, meditasiya, mantra praktikaları, sound healing, fərdi psixoloji terapiyalar və insanın daxili harmoniyasını bərpa etməyə yönəlmiş müxtəlif proqramlar təşkil olunur. Bununla yanaşı, studiyanın zalları və otaqları müxtəlif seanslar, praktikalar, təlimlər və tədbirlər üçün də icarəyə verilir.

Zamirə Ədilovanın sözlərinə görə, məqsəd insanların gündəlik həyatın gərginliyindən uzaqlaşaraq həm fiziki, həm də psixoloji sağlamlıqlarına vaxt ayırmaları üçün təhlükəsiz və rahat bir mühit yaratmaqdır.

O qeyd edib ki, ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində peşəkar fəaliyyətini də davam etdirmək niyyətindədir.

“İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində uzun illər ərzində qazandığım təcrübəmi yeni komandada və yeni layihələrdə davam etdirmək istəyirəm. İnanıram ki, qarşıda məni gözəl imkanlar gözləyir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Zamirə Ədilova telekommunikasiya, nəqliyyat, təhsil və səhiyyə sahəsində PR kommunikasiya fəaliyyətlərinə rəhbərlik edib. O, sonuncu olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru kimi fəaliyyət göstərib və aprel ayında buradakı işindən ayrılıb.