Zoğal suyu bu xəstəlikdə faydalıdır

  • 2023.05.05 17:00
  • 2830 Baxış
Zoğal suyu bu xəstəlikdə faydalıdır
18 yaşdan yuxarı qadınların 60% - i sidik yollarının infeksiyalarından əziyyət çəkir. Bu da sistit xəstəliyidir.

“Medicina” xəbər verir ki, həkim – ginekoloq Yelizavetta Komorovanın sözlərinə görə, sidik yollarının infeksiyalarından əziyyət çəkən xəstələrə zoğalın xeyri aşkarlanmışdır. Zoğal sistitin müalicəsində böyük rol oynayır.

“Tədqiqatlar göstərib ki, zoğal institusional kişilər və qadınlar, hamilə qadınlar və ya sinir-əzələ kisəsi disfunksiyası, sidik kisəsinin tam boşalmaması olan böyüklər üçün də faydalıdır.

Zoğalın tərkibi qlükoza, fruktoza, təbii turşular (alma, nikotin), tanin, azot və rəngləndirici birləşmələr, efir yağları, fitansidlər, C və P vitaminləri ilə zəngindir.

Zoğal həmçinin podaqra, qan azlığı, babasil, dizenteriya, tif, mədə-bağırsaq xəstəlikləri, artrit və dəri xəstəlikləri zamanı yeyildikdə, xəstəliyin əlamətlərini aradan qaldırır.

Zoğalın tərkibində olan bioloji aktiv maddələr arterial təzyiqi normallaşdırır, beyin damarlarında olan təzyiqi aşağı salır, baş ağrılarını kəsir və skleroz əlamətlərini azaldır.

Zoğalın tərkibində olan pektin maddəsi onun orqanizmdə təmizləyici təsirini təmin edir. Pektin metobolizmi sürətləndirir, orqanizmdən lazımsız maddələri və artıq sidik turşusunu xaric edir. Bu yolla xəstəni sistitdən azad edir”.

Günay Quliyeva