1 sosiskalı sendviç insan ömrünü 36 dəqiqə qısaldır - Mütəxəssislər

  • 2022.10.06 12:18
  • 1423 Baxış
1 sosiskalı sendviç insan ömrünü 36 dəqiqə qısaldır -  Mütəxəssislər
Araşdırmalara görə, bir ədəd sosiskalı sendviç, və ya hot-doq yemək insanın ömrünü 36 dəqiqə qısalda bilər.


Bakupost.az xəbər verir ki, Miçiqan Universitetinin mütəxəssisləri təxminən 6000 qidanın insan ömrünə təsirini araşdırıb, faydalı və zərərli qidaları müəyyənləşdirib.


Araşdırmanın nəticələrinə uyğun insan ömrünü qısaldan qidaları açıqlayıblar.


Minlərlə qidanın araşdırıldığı araşdırmada qidalar yaşıl, sarı və qırmızı olaraq üç qrupa ayrılıb.


“Qırmızı qrupa işlənmiş ət, şəkərli içkilər və sendviçlər daxildir”

İnsan ömrünün bir neçə dəqiqəsini alan qırmızı qrupa işlənmiş ət, şəkərli içkilər və sendviçlər kimi qidalar daxil edilib. Həmçinin qeyd olunub ki, 1 pors fındıq insan ömrünü 26 dəqiqə qısalda bilər.


Mütəxəssislər bu kimi zərərli qidaları çıxarıb əvəzində meyvə, tərəvəz, qoz-fındıq, paxlalılar və seçilmiş dəniz məhsulları yeməyi tövsiyə edir.