1 yaşlı uşaq qızdırmadan öldü - Gədəbəydə dəhşət!

  • 2026.04.16 13:25
  • 256 Baxış
1 yaşlı uşaq  qızdırmadan öldü - Gədəbəydə dəhşət!

Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarətdən ölüb.

Medicina.az xəbər verir ki, hadisə aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kəndində qeydə alınıb.

Belə ki, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov yüksək hərarətlə xəstəxanaya çatdırılıb və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.