İtaliyanın Bolonya əyalətində naməlum anbardan 100 000 avro dəyərində parmezan pendiri oğurlayıblar.
"Medicina" xəbər verir ki, kooperativ rəhbəri Dario Zappolinin sözlərinə görə, naməlum şəxslər çox dəqiq və hazırlıqla hərəkət ediblər. Onlar iki avtomobillə arxadan fabrikə yaxınlaşıblar və işçilər evə getdikdən sonra əraziyə daxil olublar.
Oğrular hər biri 42 kiloqram ağırlığında olan 191 pendiri oğurlayıblar.
Medicina.az