Əncir qurusunun 10 faydası – Pəhləvanların qidasının sirri

  • 2019.10.05 18:23
  • 20678 Baxış
Əncir qurusunun 10 faydası –  Pəhləvanların  qidasının sirri
Bakı bağlarını quru əncirsiz təsəvvür etmək olmur. Düzdür, indi əncir özü az qala əlçatmaz olub. Amma əgər hələ də əncir qurusu tapa biliriksə, bu bizim xoşbəxtliyimizdir. Qədimdə səfərə gedənlər, yolçular, pəhləvanlar mütləq torbalarında əncir qurusu götürərdilər. Əncir qurusu insana elə güc  verir ki, sanki bir məcməyi plov yemisən.


Əncir qurusu qurudulmuş meyvələrin ən qiymətlisidir. Bir şərtlə ki, təzə əncir düzgün şərtlərlə qurudulsun.


 Medicina.az bütün qış boyu gündə 3-4 ədəd əncir qurusu yeməyin səbəblərini təqdim edir:


1.Hemoqlobini artırır


Quru əncirdə yüksək miqdarda dəmir var. Dərmanı əvəz etməsə də uşaqlar, böyüklər, hamilələrdə qan azlığını qısa müddətə normallaşdıra bilir


2.Depressiya və əsəbə qarşı


Əncirdə olan triptofan və B vitamini pxisoemosional vəziyyətə müsbət təsir edir, yuxunu yaxşılaşdırır, stres və depressiyanı aradan qaldırır


3.Hipertoniya ilə mübarizə


Quru meyvələr kaliy-natriy balansını qanda normallaşdırır, damarlara  təzyiqi azaldır, bu da yüksək təzyiqi salmağa kömək edir


4.Əzələ -sümük sistemini möhkəmlədir


Quru əncir kalsium və fosforla zəngin olduğundan dayaq-hərəkət sisteminin möhkəmlənməsinə və böyüməsinə səbəb olur, əzələlərin yığılıb-açılmasını da təmin edir. Eləcə də oynaq və sümüklərdən duzları yuyur


5.Dəri və saçları yaxşılaşdırır


Əncir qurusu üz dərisində iltihabı, səpkini aradan qaldırır, qocalmağa qarşıdır, qırışları açır. Saç tökülməsinin qarşısını alır, tük köklərini bərkidir.


6.Qadın hormonlarını tənzimləyir


Əncir qadınlar üçün əsas hormon olan estrogenin sintezini normallaşdırır, reproduktiv fəallığı artırır, sonsuzluqda çox kömək edir. 


7.Onkoloji xəstəlik riskini azaldır


Əncir qurusu yumurtalıq, prostat, uşaqlıq, süd vəzi şişlərində çox effektivdir.


Quru əncirdə olan yağ turşuları, enzim və antioksidant təsir toxumaların bəd hüceyrələrdən qoruyur.

 



8.Həzm sistemini yaxşılaşdırır, qəbizliyə qarşıdır


Əncirdə olan çox miqdar liflər bağırsağı işlədir, divarlarını təmizləyir, qəbizlik və hemorroyda effektivdir. Şlak, toksin və seliyi təmizləyir.İştahı yaxşılaşdırır, kökəldir. 


9.Ürəyi qüvvətləndirir


Tərkibində olan turşular və kaliy ürək damarlarını, əzələsini möhkəmlədir, ürək ritmini yaxşılaşdırır, xolesterini azaldır, tromb və infarkta səbəb olur. 


10.Bronx, ağciyərləri təmizləyir


Qədimdən güclü öskürəyi olan insana isti süddə quru əncir verərdilər. Quru öskürəyi yumşaldır, bronxları açır, bəlğəmi gətirir. 


Diqqət: şəkər xəstələri ehtiyatla və az yeməlidir

 

 


Əncir qurusunun 10 faydası –  Pəhləvanların  qidasının sirri
Əncir qurusunun 10 faydası –  Pəhləvanların  qidasının sirri