"Current Biology" jurnalında dərc edilən yeni araşdırmaya görə, pişiklər adətən sol tərəfində yatmağa üstünlük verirlər.
Medicina.az xəbər verir ki, pişiklər ən şirin ev heyvanlarından biridir. Hər hərəkəti əslində bir sirr daşıyır.
Gün ərzində pəncərələrin qarşısında, taxtların kənarında və ya sahibinin qucağında qıvrılıb yatan bu sevimli canlılar əslində hansı tərəfdə yatdıqları elm adamlarının diqqətindən yayınmayıb.
Məlum olur ki, pişiklərin sol tərəfində yatmağa meyli sadəcə təsadüfi bir seçim deyil.
Tədqiqatçılar pişiklərin yatarkən üstünlük verdiyi mövqeləri araşdıraraq maraqlı bir nəticəyə gəliblər.
Pişiklər özlərini təhlükəsiz və rahat hiss etdikdə, sol tərəfində yatmağa meyllidirlər. Bu davranış həm də ürək döyüntüsünü tənzimləməyə və daxili orqanlara təzyiqi azaltmağa kömək edə bilər.
Lakin, əgər onlar daim mövqelərini dəyişirlərsə və ya narahat görünürlərsə, bu, stress əlaməti ola bilər
Aygün
Medicina.az