Əməkdar artist Rəhman Rəhmanov şəkər xəstəsi kimi dövlətin ayırdığı dərmanları vaxtında ala biıməməsindən şikayətlənib.
"Medicina" xəbər verir ki, o, 15 saylı poliklinikada qeydiyyatda olsa da, 9-cu mikrarayona dərman üçün getməli olduğunu və orda da növbə və basabasdan dərmanını ala bilmədiyini deyib.
"25 ildir şəkər xəstəsiyəm, 15 saylı poliklinikada qeydiyyatdayam. Biləcəridə 2500-ə yaxın diabet xəstəsi var. Əvvəl poliklinikanın yanında aptek yaradılmışdı, xəstələr rahat ordan alıb gedirdi. İndi apteki ləğv etdilər, apardılar 9-cu mikrorayon tərəfə. O qədər növbə olur ki, almaq qeyri-mümkündür.
Bəzən növbə çatanda görürsən dərman yoxdu. Dərmanım 80 manat edir. Elə olur ki, məcbur pulla alıram. TƏBİB-dən xahişim budur ki, bizim Biləcəridə olan həmin imtiyazlı apteki bərpa etsinlər".
Aygün M.